Şəmkirdə bıçaqlanan iki nəfərdən biri ölüb

01:00 27-07-2020 520

Şəmkir rayonunda qətl hadisəsi baş verib.  

“Report”un məlumatına görə, yerli sakin Ruslan Nağıyev bıçaqlanıb. O, aldığı xəsarətdən ölüb. 

Hadisə zamanı daha bir sakin - Xaliq Nağıyev də bıçaqlanıb. O, ağır halda Gəncə şəhərində yerləşən xəstəxanaların birinə göndərilib.

Əraziyə hüquq-mühafizə orqanlarının əməkdaşları cəlb olunub. Cinayətin başvermə səbəbi və təfərrüatı araşdırılır.