Qaxda yük maşınını və buldozeri sel apardı - VİDEO

11:40 03-08-2020 497

Ötən gün axşam saatlarında Qax rayonuna, eləcə də, rayonun dağlıq ərazilərinə güclü yağış yağıb.

Qafqazinfo-nun məlumatına görə, yağışın güclü olması rayonun ən böyük çaylarından biri olan Kürmük çayına sel gəlməsi ilə nəticələnib.

Sel nəticəsində çay məcrasında bənd tikintisi işləri aparan təşkilata məxsus ZİL markalı avtomobil və bir ədəd ağır tonnajlı buldozeri sel aparıb. Hər iki texnika yararsız vəziyyətə düşüb.