Əfsanəvi futbolçu “Barselona”ya baş məşqçi gəlir? - VİDEO

10:40 17-08-2020 539

Ronald Kuman İspaniyanın “Barselona” klubunun baş məşqçisi ola bilər.

HerGun.Az xəbər verir ki, hazırda Hollandiya millisinin baş məşqçisi olan 57 yaşlı Kumanın Barselona hava limanında görüntülənməsi belə bir ehtimala yol açıb.

Klub rəhbərliyinin bu gün iclas keçirərək bir sıra qərarlar verəcəyi gözlənilir.

Qeyd edək ki, “Barselona” baş məşqçisi Kike Setyenin müqaviləsinə uğursuz çıxışa görə xitam verib.

Ronald Kuman 1989-1995-ci illərdə “Barselona”da oynayıb. O, İspaniya La Liqasında 192 oyun keçirib və 67 qol vurub.

Səbuhi Musayev