Avropa Liqası: “İnter” rəqibini darmadağın edib finala yüksəldi - FOTO

01:00 18-08-2020 453

Bu gün Avropa Liqasında ikinci finalçı da məlum olub. 

Son yarımfinal matçında Milanın “İnter” klubu Donetsk “Şaxtyor”u ilə qarşılaşıb. İtalyanlar rəqibini  darmadağın edərək finala yüksəliblər. 

Qeyd edək ki, cütün qalibi avqustun 21-də keçiriləcək final qarşılaşmasında “Sevilya” ilə üz-üzə gələcək.

“İnter” (İtaliya) -“Şaxtyor” (Ukrayna) - 5:0
Qol: Martines, 19, Dambrosio, 64, Martines, 74, Lukaku, 78,84