Salyanda 56 yaşlı kişini bıçaqladılar

02:20 25-08-2020 879

Salyanda bıçaqlanma hadisəsi olub.

“Report”un Aran bürosu xəbər verir ki, hadisə axşam saatlarında şəhərin mərkəzində qeydə alınıb.

Belə ki, Salyan şəhər sakini, 1964-cü il təvəllüdlü Abuzər Ramiz oğlu Kazımov tanıdığı şəxs tərəfindən bıçaqlanıb. Yaralı təcili tibbi yardım briqadasının köməkliyi ilə Salyan Rayon Mərkəzi Xəstəxanasına yerləşdirilib.

Faktla bağlı araşdırma aparılır.