Sosial şəbəkələrdə “mem”ə çevrilən FOTONUN sirri açıldı - VİDEO

04:40 26-08-2020 538

Sosial şəbəkələrdə “mem”ə çevrilən fotonun sirri açılıb. Həmin şəklin qəhrəmanı olan hüquq mühafizəçisi RT-yə şəklin tarixçəsi barədə danışıb.

Bir çox media nümayəndələri Belarusda çəkilən görüntüdə yerdə uzanmış şəxsin öldüyünü yazırdı. Məlum olub ki, bu belə deyil.

Hüquq mühafizəçisinin sözlərinə görə, həmin şəxs spirtli içkinin və narkotikin təsirindən o vəziyyətə düşüb:

“O, huşsuz vəziyyətdə uzanmışdı. Gənci özünə gətirməyə çalışırdım. Bu vaxt mənim 50 metrliyimdə dayanmış insanlar onu buraxmağım üçün qışqırmağa başladılar (videonun 1.13-cü saniyəsi - red.). Mən gəncə tibbi yardım göstərməyə çalışdığımı desəm də, onlar eşitmirdilər… Sanki ağıllarını itirmişdilər. Sonda mən ayağa qalxdım, əlimi ondan çəkdim və göstərdim: “Hə, buraxdım, indi nə olsun?” Sonra yoldaşıma dedim ki, tibb işçilərinin arxasınca getsin. Bundan sonra onu təcili yardımla təxliyyə etdik”.

Qanun keşikçisinin sözlərinə görə, vaxtında yardım göstərilməsəydi, həmin şəxs ölə bilərdi.