Savannanın iki nəhənginin möhtəşəm qarşıdurması - VİDEO

05:40 26-08-2020 701

Afrika savannasında turistlər iki nəhəngin möhtəşəm qarşıdurmasına şahid olublar. Bununla bağlı maraqlı görüntülər sosial şəbəkədə paylaşılıb.

Lenta.ru-nun məlumatına görə, video Cənubi Afrika Respublikasının Kryuger parkındandır. Kadrlarda qəzəbli fillərlə sarsılmaz kəlin mübarizəsi əks olunub.

Qarşıdurmanın gözlənilməz nəticəsi isə istifadəçilər arasında çoxsaylı müzakirələrə səbəb olub.