Saatlarla quyuda köməksiz qalan kişi: “Qəbir mənim üçün hazırlanmışdı” - VİDEO

06:20 01-09-2020 610

Evə qayıdarkən quyuya yıxılan kişi buz kimi suyun içində doqquz saat kömək gözləməli olub.

“Hue” “Telegram” kanalının məlumatına görə, hadisə Rusiyanın Kirov vilayətində baş verib.

Kişinin sözlərinə görə, meşənin kənarı ilə gedərkən qəfildən yerin onu “udduğunu” görüb. Sonradan o, dörd metr dərinlikdə olan quyuda olduğunu anlayıb.

Kişi saatlarla kömək gözləyib, səsi batana kimi var qüvvəsi ilə qışqırıb. Ancaq doqquz saatdan sonra yaxınlıqdan keçən bacı-qardaş onun səsini eşidib. Onlar yaxınlıqdakı ağacı kəsərək kişinin quyudan çıxmasına kömək ediblər.