Bill Qeytsdən milyarder dostuna gözlənilməz və maraqlı ad günü hədiyyəsi - VİDEO

08:00 01-09-2020 619

“Microsoft”un qurucusu və milyarder Bill Qeyts “Berkshire Hathaway” investisiya fondunun rəhbəri Uorren Baffett üçün üzərində onun portreti olan ad günü tortu bişirib.

Lenta.ru-nun məlumatına görə, o, desertin hazırlanma videosunu “Twitter”də yayımlayıb.

“90 yaşın mübarək, Uorren!”, - deyə Qeyts videoya ismarıc əlavə edib.

Qeyd edək ki, U.Baffet  planetin ən zəngin insanlarının TOP-onluğundadır. Aprel ayında onun sərvəti 67,5 milyard dollar dəyərində qiymətləndirilib. Bil Qeyts isə 98 milyard dollar ilə sözügedən siyahıda ikinci yerdə qərarlaşıb.