Türkiyədə azərbaycanlıdan dəhşətli qətl: Arvadını öldürdü, qanı ilə divara “Xəyanətin cəzası ölümdür” yazdı

19:00 06-09-2020 673

İstanbulda yaşayan Vüsal Orucov adlı azərbaycanlı Qaziosmanpaşadakı evində dini kəbinli həyat yoldaşı - 18 yaşlı Sevilay Kayanı vəhşicəsinə qətlə yetirib.

“Sabah.com” xəbər verir ki, qətlin səbəbi xəyanət iddiası olub.

Bununla bağlı arvadı ilə mübahisə edən Vüsal bıçaqla onun boğazını kəsib. Daha sonra mərhumun qanı ilə divara “Xəyanətin cəzası ölümdür” yazan qatil evdən çıxaraq ərazidə xidmət edən polislərə təslim olub.

Hadisə yerinə gələn polis isə gənc qızın öldüyünü müəyyənləşdirib.

Məsələ ilə bağlı yerli KİV-ə açıqlama verən qonşuların bildirdiyinə görə, cütlük həmin evə iki aydır köçübmüş.