Səmada dəhşət: Sərnişinlər uçuş zamanı mühərrikin alovlanmasını çəkdilər - VİDEO

03:20 08-09-2020 549

“Atlas Air” aviaşirkətinin “Boeing 767” hava gəmisində səfər sərnişinlər üçün əsl dəhşətə çevrilib.

Belə ki, təyyarə havada olarkən mühərriklərdən biri alova bürünüb.

“Daily Mail”in məlumatına görə, hadisə Qonolulu — Quam reysində baş verib.

Bildirilir ki, əvvəlcə salonda işıqlar sönüb. Sonra sərnişinlər illüminatordan dəhşətli mənzərə ilə üzləşiblər.

Həmin vaxt Qonolulu şəhərinin sakinləri də bərk partlayış səsi eşidiblər, səmaya baxdıqda isə təyyarənin yandığını görüblər.

“Səs çox bərk idi. Bunu müşahidə etmək çox qorxulu idi. Təyyarənin düşəcəyindən qorxurduq”, - deyə şahidlərdən biri bildirib.