Öldürülən jurnalistin işinə Səudiyyə məhkəməsində baxılacaq

23:15 20-10-2018 24

Səudiyyəli jurnalist Camal Qaşıqçının ölümü ilə bağlı cinayət işinə Səudiyyə Ərəbistanı məhkəməsi baxacaq.

HerGun.Az xəbər verir ki, bu barədə şənbə günü krallığın ədliyyə naziri şeyx Vəlid bin Məhəmməd əs-Səmaani bildirib. 

Nazirin sözlərinə görə, jurnalistlə bağlı hadisə “krallığın suveren ərazisində baş verib”, cinayət işinə məhkəmədə baxılmasına isə bütün zəruri prosedurlar başa çatdıqdan sonra başlanılacaq.

Vəlid bin Məhəmməd əs-Səmaani istintaqın müstəqil aparılacağına dair zəmanət verib.