Millimizin futbolçusu Türkiyə klubuna transfer oldu - RƏSMİ+FOTO
22:40 15-09-2020 486
Millimizin futbolçusu Araz Abdullayev Türkiyənin “Boluspor” klubuna keçib.
“Boluspor”un rəsmi saytının xəbərinə görə, onunla 1+1 illik müqavilə bağlanılıb.
Qeyd edək ki, Araz Abdullayevin son klubu “Qarabağ” olub. Yunanıstanın “Panionios” klubuna məxsus olmuş Araz son iki mövsüm Ağdam klubunda icarə əsasında çıxış edib.
Səbuhi Musayev