Yataq otağında dəhşət: Dolab aşdı, uşaqlar altında qaldı - FOTO/VİDEO

04:00 19-09-2020 465

Üçəmlərin dəcəllikləri az qala faciə ilə nəticələnəcəkdi.

Belə ki, yatmaq istəməyən uşaqlar oynamağa başlayıblar: onlardan ikisi dolaba çıxıb, nəticədə ağırlığa tab gətirməyən dolab onların üstünə aşıb. Bütün bunlar otağa quraşdırılmış müşahidə kamerasında anbaan qeydə alınıb.

“Daily Mail”in məlumatına görə, hadisə ABŞ-ın İllinoys ştatında baş verib.

Kadrlarda görünür ki, hadisədən sonra ana dərhal özünü otağa atır. Ancaq o gələnə kimi uşaqlar artıq özləri müstəqil şəkildə xilas olmağı bacarıblar.