Azərbaycan məktəblərində 95 şagird və 26 işçi heyəti olmaqla 121 nəfərdə koronavirus aşkarlanıb

22:40 21-09-2020 351

21 sentyabr 2020-ci il tarixinə olan məlumata görə,  dərs ili başlayandan bu günədək 95 şagird və 26 işçi heyəti olmaqla 121 nəfərdə koronavirus aşkarlanıb.

Bu barədə HerGun.Az-a Təhsil Nazirliyindən məlumat verilib.

Bildirilib ki, həmin şagirdlərin əksəriyyəti yuxarı siniflərdə təhsil aldıqları üçün ümumi təhsil müəssisələrinə gəlməyiblər.

Bu şəxslər ümumilikdə 346 nəfərlə təmasda olublar.