Qida təhlükəsizliyi ilə bağlı qanun layihəsi hazırlanır

14:40 22-09-2020 294

Milli Məclisin Aqrar siyasət komitəsinin payız sessiyası üçün işlər planına “Qida  təhlükəsizliyi  haqqında” qanun layihəsinin hazırlanması, bir sıra qanunvericilik aktlarına əlavə və  dəyişikliklər edilməsi barədə məsələlər daxil edilib. 

Milli Məclisdən verilən məlumata görə, bu barədə Aqrar siyasət komitəsinin iclasında komitə sədri Tahir Rzayev məlumat verib.

Deputatlar Eldar İbrahimov, Cavanşir Paşazadə, İqbal Məmmədov, Aydın Hüseynov, Azər Badamov, Müşfiq Cəfərov və Emin Hacıyev müzakirə ediləcək sənədlərlə bağlı təkliflərini səsləndiriblər. 

Sonda iş planı təsdiq edilib.