Məktəblərin akkreditasiyasına görə rüsumlar təsdiqləndi
Prezident İlham Əliyev “Dövlət rüsumu haqqında” və “Təhsil haqqında” Azərbaycan Respublikasının qanunlarında dəyişiklik edilməsi barədə” 2019-cu il 27 iyun tarixli qanunun tətbiqi haqqında sərəncam imzalayıb.
Bu barədə AZƏRTAC məlumat verir.
Dəyişikliyə əsasən, qanuna aşağıdakı məzmunda 32-1-ci maddə əlavə edilir:
“Maddə 32-1. Təhsil müəssisələrinin akkreditasiyasının keçirilməsinə görə tutulan dövlət rüsumunun dərəcələri
Dövlət rüsumu tutulmalı olan hərəkətlər |
Dövlət rüsumunun məbləği |
32-1.1. məktəbəqədər təhsil müəssisələri |
2000 manat |
32-1.2. ümumi təhsil müəssisələri |
5000 manat |
32-1.3. məktəbdənkənar təhsil müəssisələri |
5000 manat |
32-1.4. peşə təhsili müəssisələri |
10000 manat |
32-1.5. orta ixtisas təhsili müəssisələri |
12000 manat |
32-1.6. ali təhsil müəssisələri |
20000 manat |
32-1.7. əlavə təhsil müəssisələri |
12000 manat |
32-1.8. təhsil fəaliyyətini həyata keçirən digər müəssisələr |
12000 manat |
Bundan başqa, “Təhsil haqqında” qanuna əlavə edilən 14.17-1-ci maddəyə əsasən, Azərbaycanda fəaliyyət göstərən bütün təhsil müəssisələri “Təhsil Mərkəzləşdirilmiş İnformasiya Sistemi”nə qoşulmalıdırlar.