Millimizin sabiq üzvündən Azərbaycan Ordusuna dəstək - FOTO

08:00 03-10-2020 480

Azərbaycanın qadın voleybolçulardan ibarət millisinin sabiq üzvü Polina Rəhimova ordumuza dəstəyini nümayiş etdirib. 

O, fikirlərini “Instagram” hesabında paylaşıb:

“...Namusunu hifz etməyə, bayrağını yüksəltməyə... Şanlı Vətən!!! Azərbaycan!!!

Bu gün katantindən və uzun müddətli fasilədən sonra ilk oyunuma çıxdım. Bayrağımızla çıxmağıma icazə verilməsə də, bu gün ölkəmiz üçün oynayıram. 

Azərbaycan, mən səninləyəm. Bu gün biz hamımız bir olmalıyıq!!! Hər kəsə sülh arzulayıram, müharibənin əleyhinəyəm”.

Qeyd edək ki, P.Rəhimova hazırda Braziliyanın “Sesi Bauru” klubunda çıxış edir.