Bakıda maşın oğurlayan şəxs tutuldu
14:00 14-11-2020 592
Bakının Suraxanı rayonunda maşın oğurlamaqda şübhəli bilinən şəxs saxlanılıb.
Bununla bağlı Daxili İşlər Nazirliyi məlumat yayıb.
Bildirilib ki, Suraxanı RPİ 31-ci Polis Bölməsi əməkdaşlarının keçirdikləri əməliyyat-axtarış tədbirləri nəticəsində noyabrın 7-də rayon ərazisindən V.Cəfərova məxsus “VAZ-2107” markalı avtomobili qaçırmaqda şübhəli bilinən V.Ağayev saxlanılıb.