Zelenskidən Donbasla bağlı gözlənilməz bəyanat

21:36 15-06-2019 652

Ukrayna prezidenti Vladimir Zelenski bəyan edib ki, yaxın zamanlarda Donbas regionunun infrastrukturuna investisiyalar yatırılacaq.

Bu barədə məlumat dövlət başçısının rəsmi saytında yerləşdirilib.

Mariupolda iş adamları və gənclərlə görüşən Zelenski bildirib ki, Donbasa investisiyaların yatırılması məsələsini bütün xarici sərmayədarlarla müzakirə edir. O qeyd edib ki, hazırda islahat xarakterli qanun layihələri üzərində iş aparılır. Həmin qanun layihələri ölkədə kiçik və orta biznesin inkişafına yardım etməlidir.

“Hakimiyyət nə edə bilər? Hakimiyyət maneçilik törətməməyə və yalnız kömək edə bilər. İslahatların əsas məqsədi “smartfonda dövlət”in yaradılmasıdır”, - deyə Zelenski vurğulayıb.