Məleykə Abbaszadə: İmtahanlarda ciddi dəyişikliklər olacaq

10:50 17-11-2018 14

Gələn il Dövlət İmtahan Mərkəzi üçün gərgin  keçəcək. Çünki müəyyən imtahanlarda ciddi dəyişikliklər olacaq. 

HerGun.Az-ın məlumatına görə, bunu Dövlət İmtahan Mərkəzinin Direktorlar Şurasının sədri Məleykə Abbaszadə “Dövlət İmtahan Mərkəzinin fəaliyyəti: imtahanlara dövlət nəzarəti və ictimai nəzarətin vəhdəti” mövzusunda konfransda çıxışı zamanı deyib.

Onun sözlərinə görə, 2018-ci ilin 10 ayı ərzində 641 min 517 iştirakçı imtahanda olub:

“18 min 603 nəfər qabiliyyət imtahanlarında iştirak edib.  48 min 309 nəfər ictimaiyyətin nümayəndəsi imtahan prosesini idarə etmək üçün DİM tərəfindən dəvət olunub. 2 min 367 nəfər ekspert qismində imtahanın məzmunu ilə bağlı işləri həyata keçirmək üçün cəlb olunub. Bu əməkdaşlar və mütəxəssislər hüquq mühafizə, icra hakimiyyəti və digər dövlət orqanlarını, elm və təhsil müəssisələrini təmsil edir və DİM-in əməkdaşları ilə çiyin-çiyinə imtahanların həyata keçirilməsinə öz töhfələrini verirlər”. 

Məleykə Abbaszadə qeyd edib ki, beynəlxalq qiymətləndirmələrin nəticələri və orada istifadə edilən alətlər öyrənilir:

“Buna səbəb istifadəçilər verilən sualların müasir dövrə uyğun olmasıdır”.

İlhamə Əbülfət