Sürücü ölümün üzünə bir metrdən baxdı - FOTO/VİDEO
05:20 28-11-2020 648
Ukraynada qəribə yol nəqliyyat hadisəsinin görüntüləri görənləri heyrətə gətirib.
“Life Shot” “Telegram” kanalı bununla bağlı videonu təqdim edib.
Kadrlarda yük maşınının körpüdən sallaq vəziyyətdə olduğu görünür. Məlumata görə, onun təkərləri körpünün dirəyinə ilişib.
Sürücü xilas edilib. O, xəsarət almayıb.
Hadisə ilə bağlı yoxlamalara başlanılıb.