Bərdədə avtomobilin vurduğu piyada dünyasını dəyişdi

00:18 29-07-2019 597

Bərdə rayonunda piyadanın vurulması ilə nəticələnən yol-nəqliyyat hadisəsi baş verib

Oxu.az- ın Qarabağ üzrə bölgə müxbirinin verdiyi məlumata görə hadisə rayonun Yevlax Ağdam yolunun Bərdə rayon Soğanverdilər kəndi ərazisində qeydə alınıb. Minik avtomobili yolu keçmək istəyən piyadanı vurub. Yaralı sürücü tərəfindən xəstəxanaya çatdırılsa da həkimlər onun öldüyünü bildirib. Ölən şəxsin hələlik şəxsiyyəti məlum deyil.

Faktla bağlı rayon polis şöbəsində araşdırma aparılır.