Aİ və Britaniya “Brexit”lə bağlı məsləhətləşmələri dayandırdı

09:20 05-12-2020 319

Böyük Britaniya və Avropa İttifaqı nümayəndələri “Brexit” razılaşmasının icrasından sonra azad ticarət mövzusunda razılığa gələ bilməyiblər.

Bu barədə “Twitter” hesabında Aİ-nin danışıqlardakı rəhbəri Mişel Barnye yazıb.

O qeyd edib ki, sözügedən mövzuda məsləhətləşmələrdən sonra danışıqlar dayandırılıb.

Gələcək addımlarla bağlı qərarın Avropa Komissiyasının rəhbəri Ursula fon der Lyayen və Baş nazir Boris Conson tərəfindən veriləcəyi qeyd olunur.