Türkiyədə son sutka ərzində COVID-19-dan daha 196 nəfər ölüb - FOTO

22:20 05-12-2020 370

Bu gün Türkiyədə COVID-19-dan ölümlə bağlı ən yüksək göstərici qeydə alınıb. Belə ki, son sutka ərzində 196 nəfər koronavirusdan ölüb.

Bu barədə Türkiyənin Səhiyyə naziri Fəxrəddin Qoca məlumat verib. 

Məlumatda bildirilir ki, gün ərzində 6128 xəstənin testi pozitiv çıxıb. Ümumilikdə isə 31 896 nəfər COVID-19 xəstəsi olaraq qeydiyyata düşüb.