Hacıqabulda ağır qəza: Piyada öldü

15:20 12-12-2020 496

Hacıqabul rayonunun Pirsaat kəndi ərazisində yol-nəqliyyat hadisəsi baş verib.

Bu barədə Daxili İşlər Nazirliyi məlumat yayıb.

Bildirilib ki, ötən gün saat 19:00 radələrində Hacıqabul rayonunun Pirsaat kəndi ərazisində Ağdam rayon sakini V.Allahverdiyev idarə etdiyi “TOFAŞ” markalı avtomobillə yolu keçən Ağdaş rayon sakini Tural Əliyevi vurub. Nəticədə piyada aldığı xəsarətlərdən hadisə yerində ölüb.

Baş İstintaq və Təhqiqat İdarəsi tərəfindən araşdırma aparılır.