Putindən “həyatı söyüşlə təsvir etmək” istəyən Şnurova klassik ədəbiyyat dərsi - VİDEO

16:40 17-12-2020 517

Rusiya prezidenti Vladimir Putinin ənənəvi illik böyük mətbuat konfransında rusiyalı məşhur rok ifaçısı, aparıcı, şair, aktyor Serqey Şnurovla dialoqu böyük maraq doğurub.

Bu barədə RT kadrlar təqdim edib.

“Adi bir rusiyalı - burada söhbət əksəriyyətdən, sadə vətəndaşdan gedir - bu həyatı söyüş söymədən necə təsvir edə bilər?”- Sergey Şnurov prezidentə sual verib.

Putinin cavabı gecikməyib:

“Sovet kinosunun klassikləri olan məşhur filmlərə müraciət edin, hansı ki, orada istilik batareyası ayağa düşəndə “turp” (“rediska”) demək lazımdır, söymək yox”, - deyə cavab verib.

Qeyd edək ki, Putin Sovet klassiklərindən olan “Uğur Centlmenləri” filmindən sitat gətirib.

Onu da vurğulayaq ki, S.Şnurov öz çıxışlarında leksikondan kənar ifadələr işlətməsi ilə tanınır.