“Qırmızı zona”da işləyən tibb işçisi “TikTok” ulduzuna çevrildi - VİDEO

08:20 19-12-2020 439

Rusiyadan olan gənc tibb işçisi Əmir Davudov qısa müddətdə “TikTok”un ulduzuna çevrilib. Onun “Qırmızı zona”dan yumor hissi qataraq hazırladığı videolar böyük maraqla izlənir.

Bu barədə REN TV xəbər yayıb.

Kadrlarda bir xəstənin həyatı xilas olduqda “zəfər rəqsi” ifa edən, yaxud da günlərlə dayanmadan işləyəndən sonra yorğunluqdan ən qeyri-adi yerdə yatan tibb işçiləri əks olunub.

Əmirin sözlərinə görə, “TikTok” hesabı ona məşhur olmaq üçün yox, koronavirusun nə qədər təhlükəli olduğunu və təhlükəsizlik tədbirlərinin vacibliyini göstərmək üçün lazımdır.

Onun ən böyük arzusu isə pandemiyanın bitməsi və tibb işçilərinin nəhayət dincələ bilməsidir.