Piyada maşın qəzasında həyatını itirdi
22:54 29-07-2019 1650
Ağcabədi rayonunda piyadanın vurulması ilə nəticələnən yol-nəqliyyat hadisəsi baş verib.
Oxu.az-ın Qarabağ üzrə bölgə müxbirinin verdiyi məlumata görə, hadisə rayonun Taxtakörpü qəsəbəsində qeydə alınıb.
"Kamaz" markalı yük avtomobili yolu keçmək istəyən Laçın rayon məcburi köçkünü Səltənət Əsədovanı vurub. Qadın xəstəxanaya çatdırılsa da, həkimlər onun öldüyünü bildiriblər.
Faktla bağlı Laçın rayon polis şöbəsində araşdırma aparılır.