Qəddarlığı ilə sosial şəbəkəni şoka salan qadın evinin yanında güllələndi - FOTO

01:00 20-12-2020 424

Mediada “Bayquşların qatili” kimi tanınan kolumbiyalı Mileydis Aldana evinin yaxınlığında iki nəfər naməlum şəxs tərəfindən güllələnib.

Bu barədə “The New York Post” xəbər yayıb.

Onlar evindən çıxan 21 yaşlı qurbanlarına altı güllə atdıqdan sonra hadisə yerindən qaçıblar. Qadın ailə üzvləri tərəfindən xəstəxanaya çatdırılsa da, onun həyatını xilas etmək mümkün olmayıb.

Xatırladaq ki, iyun ayında Aldana sosial şəbəkədə paylaşdığı video ilə hər kəsi şoka salmışdı. Kadrlarda onun bayquşun başını qopardığı əks olunmuşdu.

Video böyük qəzəb yaratsa da, qadına qarşı heç bir hüquqi cəza tədbiri görülməmişdi.