Bakıda gənc oğlan bıçaqlandı

01:20 20-12-2020 491

Bakıda bıçaqlanma hadisəsi baş verib.

"Report"un məlumatına görə, hadisə Suraxanı rayonunda qeydə alınıb.

Qaraçuxur qəsəbəsində 1996-cı il təvəllüdlü Quliyev Abbas Əli oğlu mübahisə zəminində tanışı tərəfindən bıçaqlanıb.

Yaralı xəstəxanaya çatdırılıb və həkim nəzarətinə götürülüb.

Hadisənin təfərrüatı araşdırılır.