Uşaq atasının əlindən qaçırıldı - VİDEO

04:40 22-12-2020 473

Adətən boşanma zamanı ata uşağı qadının əlindən qaçırdır. Dərbənddə baş verən hadisədə isə hər şey tərsinə olub.

Bu barədə 360 TV kadrlar yayımlayıb.

Məlumata görə, məhkəmə müvəqqəti olaraq qızın atasında qalmasına qərar verib. Qızın özü də anası ilə yaşamaq istəməyib. Lakin qadın bununla razılaşmaq istəməyib. Bunun üçün o qardaşlarının köməyindən istifadə edib. Keçmiş qayınları kişini küçənin ortasında döyüb, qızı isə qaçırıblar.

Hazırda qadının harada gizləndiyi araşdırılır. Kişi isə Rusiya Federasiyası Federal Təhlükəsizlik Bürosuna müraciət edib.