Qroznıda unikal məscid-kilsə kompleksinin açılışı olub - FOTO

06:40 24-12-2020 387

Çeçenistanın paytaxtında məsciddən və pravoslav kilsəsindən ibarət unikal məbəd kompleksinin açılışı olub.

Bu barədə “RİA Novosti” xəbər yayıb.

Hər iki obyektin arxitekturasının və sahəsinin oxşar olduğu bildirilir.

Mərkəzdəki xatirə lövhəsində - “Quran” və “İncil”dən ayələr var.