“Azəripək” kəlağayısı “Jara” musiqi festivalında - FOTO/VİDEO

12:36 30-07-2019 74

“Azəripək” kəlağayısının stendi “Jara” musiqi festivalında yerləşdirilib. Stenddə müxtəlif Azərbaycan kəlağayıları yer alıb. Festivalda iştirak edən qonaqlar kəlağayılar ilə tanış olublar.

“Azəripək” MMC 2018-ci ildə yaradılıb. Müəssisə beş əsas istehsal sahəsindən ibarətdir: baramadan xam ipəyi açan, toxucu, boyaq-bəzək, pambıqəyirici və burucu.

Müəssisədə quraşdırılan Almaniya, Polşa və Niderland istehsalı olan avadanlıqlarda yüksək keyfiyyətli xam ipək, ipək şərflər, ipək kəlağayılar, çitmələr və pambıq iplik istehsal olunur. İstehsal olunan məhsullar Rusiya, Türkiyə, İran, Türkmənistan və bir çox Avropa ölkələrinə ixrac olunur.

Pambıqəyirmə istehsalatının üç növbəli iş rejimində illik istehsal gücü 3 min ton olan mahlıc emalı, baramadan xam ipəyi açan istehsalatın 1 növbəli iş rejimində illik istehsal gücü 500 ton olan yaş barama emalı, oxucu istehsalatının 1 növbəli iş rejimində illik istehsal gücü 50 min p/m olan ipək parça, 40 min p/m olan pambıq parça istehsalı, boyaq-bəzək istehsalatının 1 növbəli iş rejimində illik istehsal gücü əl üsulu ilə 10 min ədəd olan kəlağayı və 5 min ədəd olan şərf təşkil edir.

2019-cu ilin iyun ayından başlayaraq müəssisədə 800 ton yaş barama qəbulu nəzərdə tutulub. Həmin baramadan 80-82 ton xam ipəyin istehsalı planlaşdırılır.

Azərbaycanda ipəkçiliyin inkişafının kəlağayı istehsalı ilə birbaşa bağlı olduğunu nəzərə alaraq, məqsəd Azərbaycanın milli dəyərlərini qoruyub saxlamaq və dünyaya tanıtmaqdır.

Kəlağayı – Azərbaycanda qadınlara məxsus, ipək sapdan toxunmuş dördkünc formalı baş örtüyüdür.

Bu örtük gözəllik, ismət, ləyaqət, ehtiram, sədaqət rəmzi olmaqla yanaşı, özündə Odlar Yurdu Azərbaycanın qədim tarixini, mədəniyyətini, adət-ənənələrini yaşadır.

Azərbaycanda milli dəyərlərimizi yaşadan zərif kəlağayı örtən qadınlarımız çoxdur. Onlar bu örtüklərdə daha cazibəli, daha füsunkar görünürlər.

Qeyd edək ki, kəlağayılar zövqlü dizaynla qablaşdırılıb. Kəlağayıların dizaynı və qablaşdırılması istəyinizə uyğun dəyişdirilə bilər.

Kəlağayıların sifarişi üçün [email protected] ünvanına müraciət edə bilərsiniz.