Tibb işçiləri pasiyentin yanında olarkən təcili yardım maşını qaçırıldı - VİDEO

11:40 30-12-2020 511

Tibb işçiləri pasiyentin yanında olarkən təcili yardım maşını qaçırılıb.

“Life Shot” “Telegram” kanalının məlumatına görə, hadisə Rusiyanın Sverdlovsk vilayətində baş verib.

Təcili tibbi yardım maşını Novoalekseyevka kəndinə yaşlı bir qadının çağırışına yollanıb.

Briqada öz işini görərkən, bir kişi yaşınlaşıb, maşını qaçırıb və yeddi kilometr məsafədə qonşu kəndə sürüb. Sonra isə maşını burada ataraq, qeydiyyat kamerasını da götürüb və aradan çıxıb.

Lakin uzağa qaça bilməyib. Şübhəli artıq polislər tərəfindən saxlanılıb.