Mişustin dörd yaşlı qızın Milad arzusunu gerçəkləşdirdi, onun üçün musiqi ifa etdi - VİDEO

02:40 31-12-2020 402

“İstəklərin Milad ağacı” kampaniyası çərçivəsində Rusiyanın Baş naziri Mixail Mişustin Tverdən olan Nadya adlı qıza sintezator hədiyyə edib, özü də onun üçün “V lesu rodilsya yoloçka” (“Meşədə bir Milad ağacı doğuldu”)  ifa edib.

Bu barədə “Life Shot” “Telegram” kanalı xəbər yayıb.

Mişustin Nadyanın arzusu barədə “İstəklərin Milad ağacı" xeyriyyə tədbirində öyrənib. Hökümət başçısı vaxtilə özünün də belə bir alətin xəyalında olduğunu etiraf edib.

Baş nazir dörd yaşlı qızcığaza gəlincik də daxil olmaqla, başqa çoxlu hədiyyələr də verib.