Braziliya prezidenti seçiciləri ilə görüşmək üçün özünü dənizə atdı - VİDEO

19:00 02-01-2021 485

Braziliya prezidenti Jair Bolsonaru katerlə gəzinti zamanı sahildə dincələn seçiciləri ilə ünsiyyət qurmaq üçün özünü dənizə atıb.

REN TV-nin məlumatına görə, bununla bağlı kadrlar “Twitter”də paylaşılıb.

Videoda dövlət başçısının katerdən tullanması və sahilə tərəf üzməsi görünür. Həmin an braziliyalılar “Əfsanə!” deyə şüar səsləndirirlər.