Qazaxıstanda hərbi çağırışçı dözmədi, avtobusdan düşüb qaçdı - VİDEO

03:40 03-01-2021 457

Qazaxıstanın Aktau şəhərində gənc çağırışçı hərbi komissarlıqdan qaçmağa çalışıb.

“Life Shot” “Telegram” kanalı bununla bağlı video paylaşıb.

Məlumata görə, gənc digər çağırışçılarla birlikdə avtobusa mindirilərkən qaçıb.

Hərbi çağırış məntəqəsinin əməkdaşları və polislər onun arxasınca düşüblər. Tezliklə o, ələ keçib və əlləri qandallı halda hərbi xidmət keçəcəyi yerə aparılıb.