Maskasız sərnişin avtobusdan təpiklə qovuldu - VİDEO

01:00 28-01-2021 437

Sosial şəbəkələrdə maskasız sərnişinin avtobusdan təpiklə qovulmasını əks etdirən görüntülər yayılıb.

Rusiyanın NTV telekanalı hadisənin Krasnoyarsk şəhərində baş verməsi barədə məlumat yayıb.

Kadrlarda yaşlı qadının maskasız avtobusa daxil olması görüntülənir. Avtobus nəzarətçisi yaşlı xanıma maska taxmaq barədə xəbərdarlıq etsə də, o imtina edir.

Bundan sonra tərəflər arasında “döyüş” başlayır. Qayda pozucusu nəzarətçinin gödəkçəsinin yaxalığını cırır. Əvəzində isə təpiklənərək avtobusdan qovulur.