Məşhur bloqer intim videoya görə əri tərəfindən öldürüldü - FOTO

03:40 29-01-2021 383

Braziliyada populyar bloqer Elian Ferreyra Siolin qətlə yetirilib.

Cazibədar xanım öz açıq-saçıq görüntülərini “Tik-Tok”a yerləşdirdiyi üçün həyat yoldaşı tərəfindən öldürülüb.

Hadisə ailə yeməyi zamanı baş verib. 35 yaşlı bloqerin həyat yoldaşı intim videoya görə bərk əsəbləşib. Yaranmış mübahisə zamanı o, tapancanı götürərək xanımına 14 dəfə atəş açıb. Daha sonra özünü də güllələyib. Ən dəhşətlisi isə odur ki, bütün bunlar cütlüyün 6 yaşlı qızının gözləri önündə baş verib.

Bloqer və həyat yoldaşının cəsədləri evin arxa həyətində aşkar olunub. Xanımın bədənində çiyin çıxığı da müəyyənləşdirilib.

Ailənin yaxınları cütlüyün tez-tez mübahisə etdiyini bildirirlər. Buna səbəb isə əksər hallarda məhz bloqerin “Tik-Tok” səhifəsi olub.

Qeyd edək ki, Elian Ferreyranın sosial şəbəkədə 60 min izləyicisi var idi.