Tısbağa qaçışda dovşanı ötdü - VİDEO

07:40 29-01-2021 577

ABŞ zooparklarının birində maraqlı hadisə yaşanıb.

Belə ki, tısbağa sürət yarışında dövşanı arxada qoyub.

Hadisə Providensdəki Rocer Uilyams parkının heyvanxanasında baş verib.

Yarış “Facebook” vasitəsilə canlı yayımlanıb.

Kadrlarda dovşanın ətrafdakı obyektləri ehtiyatla iyləməsi, həmin vaxtda isə tısbağanın yavaş, lakin düz istiqamətdə finişə doğru irəliləməsi əks olunub.

Qalibə mükafat olaraq çiyələk verilib.