Sumqayıtda Gündüz Əliyev rüzgarı: “MTN-ə xərac verən mebelçi” Zakir Fərəcovu necə ələ alıb? 

15:19 01-08-2019 1715

Bununla bağlı dosye.org-u məlumatlandıran mənbənin sözlərinə görə əsas mübarizə icra başçısının birinci müavini Səmədov Teymur Qırımxan oğlu, Başçının müavini – Sosial-iqtisadi inkişafın təhlili və proqnozlaşdırılması şöbəsinin müdiri Hüseynov Fəzail Ağar oğlu və ərazi idarəetmə və yerli özünüidarəetmə orqanları ilə iş şöbəsinin müdiri Əliyev Gündüz Aydın oğlu arasında gedir. Mənbənin dediklərindən bu nəticəyə gəlmək olar ki, hazırki situasiyada yaşının və dövlət qulluğu təcrübəsinin az olmasına baxmayaraq G.Əliyev digər rəqiblərini xeyli qabaqlayıb. Bununla bağlı dosye.org-a daxil olan məlumata görə Gündüz Əliyevin belə nəticəsində onun uğurlarından çox rəqibləri haqda icra başçısına ötürülən məlumatlar daha çox rol oynayıb. Belə ki, gənc kadr müxtəlif kanallarla həm T.Səmədov, həm də F.Hüseynov haqda Zakir Fərəcova dezinformasiyalar ötürmüş, onlardan süni narazılıqlar yaradaraq bu narazılıqların ictimailəşməsinə şərait yaratmışdır.

Məhz bunun nəticəsidir ki, Sumqayıt şəhərinin 70 illik yubleyi ərəfəsində təltif olunanlar arasında şəhər bulvarının salınmasında müstəsna əməyi olan F.Hüseynovun, şəhərin ictimai həyatını, təhsil və səhiyyə sahəsini diqqətdə saxlayan T.Səmədovun deyil, ən yaxın keçmişi “MTN-ə xərac verən mebelçi” kimi tanınan Gündüz Əliyevin adı yer aldı. Cəmi bir neçə ildir dövlət qulluğunda çalışmasına baxmayaraq onun haqqında dövlət başçısına təqdimat verilib və təxminən bir ay öncə Dövlət qulluğunda səmərəli fəaliyyətlərinə görə Sumqayıt şəhər İcra Hakimiyyətinin Ərazi idarəetmə və yerli özünüidarəetmə orqanları ilə iş şöbəsinin müdiri Əliyev Gündüz Aydın oğlu “Dövlət qulluğunda fərqlənməyə görə” medalı ilə təltif edilib.

Gündüz Əliyevin belə qısa zamanda hansı fərqlənmələrə imza atdığını dəqiq deyə bilmərik. Amma bu şəxslə bağlı mənbəmizin dosye.org-a verdiyi məlumatlarda onun indiki vəzifəsindən əvvəl Sumqayıt şəhər İcra Hakimiyyətinin Mənzil Kommunal Təsərrufatı İstehsalat birliyinin rəis əvəzi postunda işlədiyi vaxt böyük korrupsiya və maxinasiyalara imza atdığı bildirilir. Bu sırada G.Əliyevin rəhbərlik etdiyi həmin idarədə xeyli sayda “ölü canlar”ın olduğu, büdcədən ayrılan pulların düzgün təyinat üzrə yönəlmədiyi xüsusilə diqqət çəkir. “Dövlət qulluğunda fərqlənməyə görə” medalı ilə təltif edilən və özünü “savadlı, idarəçiliyi elmi əsaslarla öyrənən” gənc kadr kimi təqdim edən G.Əliyevin əsas fəaliyyət sahəsi şəhərdəki iş adamlarını və obyektləri nəzarətdə saxlamaqdır.

Bu gəncin hələ üç il əvvəl mətbuata verdiyi açıqlamaya diqqət edək: “Şəhərin giriş hissəsi sayılan Sülh küçəsi istiqamətində, “Ən ucuz market” adlı ticarət mərkəzi də daxil olmaqla Heydər Əliyev prospektinə qədər olan ərazidə yerləşən obyektlər qanunsuz tikililərdir. Həmin obyektlər şəhərin baş planına uyğun olmamaqla yanaşı, magistral su, kanalizasiya boruları və telekommunikasiya xətlərinin üzərində yerləşir. Bu baxımdan həmin qanunsuz obyektlərin sökülməsini zəruridir.

Sülh küçəsində tıxacların yaranmasına səbəb məhz avtomobil dayanacağı olan ərazidə “Cavid” ticarət mərkəzi adlanan qeyri-qanuni obyektin tikilməsidir. Sumqayıt şəhər İcra Hakimiyyətinə vətəndaşlardan dəfələrlə fərdi və kollektiv şikayətlərin daxil olmasını nəzərə alaraq, qeyri-qanuni tikilən “Cavid” ticarət mərkəzinin sökülərək yerində müasir tipli avtomobil dayanacağının inşasını zəruri sayırıq. Söküləcək obyektlər qanunsuz olduğu üçün obyekt sahiblərinə hec bir konpensasiya verilməsi nəzərdə tutulmur” Avazı yaxşı gələn bu məmurun oxuduğu Quran yox, hədə qorxu olub.

Bəli, hədə qorxu. İcra hakimiyyətinin yüksək çinli məsul şəxsinin, “Dövlət qulluğunda fərqlənməyə görə” medalla təltif olunan məmurun dönə dönə “qeyri-qanuni” adlandırdığı obyektlər bu gün də öz fəaliyyətini davam etdirir. İndi belə çıxır ki, Zakir müəllim bu boyda qanunsuzluğa göz yumur? Yoxsa Gündüz əliyevin 3 il əvvəlki bu “sökərik haaa” bəyanatı hansısa planın tərkib hissəsidir?

Onu da bildirək ki, söhbət qanunsuz obyektlərdən gedirsə şəhərdə bir neçə belə obyektlərə məhz G.Əliyevin özü himayədarlıq edir. İcra başçısının “sağ əli” kimi özünü tanıdan bu gənc kadr hətta bir neçə belə tikiliyə görə şəhərin baş memarı Adil Xudadatovla da toqquşmaya girib. Ümumiyyətlə onun təbliğatında Sumqayıt şəhər rəhbərliyində icra başçısı və onun özündən başqa “təmiz işçi” yoxdur. Nəticədə isə bu təbliğat Zakir Fərəcovun bacarıqsız komandaya sahib olması fikrini yaradaraq elə başçının özünə qarşı yönəlir.

Mənbə DOSYE.ORG