Almaniyada işsizlik səviyyəsi kəskin artdı

10:00 04-02-2021 445

Koronavirus epidemiyası Almaniya iqtisadiyyatına güclü təsir göstərib.

DW xəbər verir ki, 2013-cü ildən bəri ölkədə ilk dəfə işsizlik artımı qeydə alınıb.

Bildirilir ki, 2020-ci ilin dekabr ayında 2 707 000 Almaniya vətəndaşı işsiz qalıb ki, bu da 2019-cu ilin dekabrına nisbətən 480 000 nəfər çoxdur.

Part-time məşğulluq göstəriciləri də artıb. 2020-ci ilin dekabr ayında bu formada işləyən 3 534 000 nəfər, bir il əvvəl isə daha az 363 000 nəfər qeydə alınıb.