Hindistanda buzlaq uçqununun altında qalan fəhlə xilas edildi - VİDEO

04:00 09-02-2021 411

Hindistanın şimalında yerləşən Uttarakxand ştatında baş verən buzlaq uçqununun altında qalan fəhlə xilas olunub.

“Daily Mail” bununla bağlı kadrlar yayımlayıb.

Görüntülərdə onun dağıntıların altından çıxdıqdan sonra əllərini sevinclə yuxarı qaldıraraq qışqırdığı əks olunub.

Xatırladaq ki, Hindistanda daşqınlar buzlaq uçqunu ilə nəticələnib. Təbii fəlakət nəticəsində azı 18 nəfər həlak olub, 200-ə yaxın insan itkin düşüb.