Maraq üçün 54 oyuncaq maqniti uddu, ölümdən döndü - FOTO/VİDEO

05:20 09-02-2021 466

12 yaşlı məktəbli metalların qarnında yapışıb-yapışmayacağını öyrənmək üçün 54 oyuncaq maqniti bilərəkdən udub. Bu düşüncəsiz hərəkəti az qala onun həyatı bahasına başa gələcəkdi.

Bu barədə “Daily Mail” xəbər yayıb.

Məlumata görə, mançesterli uşaq diyircəkli şarları iki dəfəyə qəbul edib. Lakin bir neçə gün sonra qorxuya düşərək bu barədə anasına deyib. Rentgen şəkillərini görən həkimlər isə dərhal əməliyyat barədə qərar veriblər.

Həkimlər maqnitlərin həyati vacib orqanları zədələyə biləcəyindən narahat olub.  Altı saatlıq əməliyyat zamanı onun bədənindən 54 maqnit şar çıxarılıb.

Güclü maqnitlərin yaratdığı fəsadlara görə, Raydi 10 gün hərəkət edə bilməyəcək vəziyyətdə qalıb, mütəmadi olaraq qusub. O, zond vasitəsilə qidalanıb və bədəninə kateter qoşulub.

Hazırda onun vəziyyəti normal qiymətləndirilir. Uşağın anası isə valideynləri potensial təhlükəli oyuncaq barədə xəbərdarlıq edərək, onları dərhal zibil vedrəsinə atmağa çağırıb.