Mişel Obama uşaqlar üçün şou veriliş hazırlayacaq - FOTO

05:20 11-02-2021 409

ABŞ-ın keçmiş prezidenti Barak Obamanın həyat yoldaşı Mişel Obama dünyanın ən böyük yayım şirkətlərindən biri olan “Netflix”də uşaqlar üçün yemək şousu təşkil edəcək.

Bu barədə ABŞ-ın sabiq birinci xanımı öz “Twitter” səhifəsində məlumat yayıb.

“Waffles + Moti” adlanacaq şou martın 16-dan yayımlanacaq.

Şouda M.Obama supermarketin sahibi rolunu oynayacaq, Waffles və Moti kuklaları isə supermarket işçiləri və aşpazlığı yeni öyrənməyə çalışan personajlar olacaq.