Abramoviçin qızı nişanlısı ilə çimərlik fotosunu paylaşdı - FOTO

06:40 11-02-2021 429

Tanınmış milyonçu Roman Abramoviçin qızı 25 yaşlı Sofiya “Instagram”da nişanlısı ilə birlikdə olan fotosunu paylaşıb.

“Moskovskiy Komsomolets” nəşrinin verdiyi məlumata görə, şəkil cütlüyün Karib adalarında istirahəti zamanı çəkilib.

Sosal şəbəkə istifadəçiləri fotonun altında gənclərə xoş arzularını ifadə edib, onların gözəl cütlük olduqlarını bildiriblər.

Xatırladaq ki, adı hələ də açıqlanmayan gənc oğlan ötən ay Sofiyə evlilik təklif edib və ona nişan üzüyü bağışlayıb.

Qeyd edək ki, Abramoviçin qızı marketinq və menecment ixtisası üzrə Londonun “Royal Holloway” universitetini bitirib. Gənc xanım asudə vaxtlarında atçılıqla məşğul olur.