İtlə birgə mahnı oxuyan baytar həkim sosial şəbəkələrin ulduzuna çevrildi - VİDEO

08:20 11-02-2021 397

İtlə birgə mahnı oxuyan baytar həkimin videosu sosial şəbəkələrdə böyük marağa səbəb olub.

“Konsert” onminlərlə baxış və yüzlərlə bəyənmə toplayıb.

Ukraynanın “Korrespondent” nəşri məlumat verir ki, video Çernovçı şəhərində lentə alınıb. Baytar həkim Valeri Dopiryak öz dördayaqlı xəstəsi ilə birlikdə klinikada kiçik konsert təşkil edib.

Akkardionun sədaları altında baytar həkim Ukrayna xalq mahnısı “Nese Qalya vodu”nu ifa edib və bu zaman it də ona qoşulub.

V.Dopiryakın sözlərinə görə, musiqi müalicə və reabilitasiya zamanı xəstə heyvanlara yardım edir.