Nərimanov rayonundakı 18 saylı şəhər poliklinikasının rəhbərliyinə və tibb personalına minnətdarlıq

10:00 11-02-2021 273

Nərimanov rayonundakı 18 saylı poliklinikanın rəhbərliyinə və tibb personalına vətəndaş Tofiq İsmayılov minnətdarlıq edir.

Vətəndaş Tofiq İsmayılov minnətdarlığında bildirib:

"Fevral ayının 10-da peyvənd vurdurmaq üçün 18 saylı poliklinikaya getmişdim. Burada mövcud olan səmimiyyət, mehribanlıq, pasiyentlərlə rəvan davranış, xəstələrə diqqət, qayğı qəlbimi riqqətə gətirdi, məni çox razı saldı, məmnun etdi.

Poliklinikanın qapısının girişində polikilinikaya gələn xəstələr çox nəzakətlə qarşılanır, xəstələrin əlləri dezinfeksiya edilir, maskası olmayanlara dərhal maska verilir, sonra isə aidiyyəti üzrə otaqlara aparılır həkimlərə təqdim edilir.

Qeyd edilən proseslərə bilavasitə rəhbərlik edən, bu işləri tənzimləyən kollektivdə Mehribanlıq, səmimiyyət yaradan poliklinikanın baş həkimi Şəhla xanım Məmmədovadır. Onun təşkilatçılıq istedadı açığını desək mənim nəzərimi də cəlb etdi və onun ətrafında poliklinikada sorğu aparmağıma zərurət yaratdı.

Araşdırmalardan məlum oldu ki, Şəhla xanım Məmmədova yüksək elmi potensialı olan hərtərəfli savadlı, ziyalı, bacarıqlı həkim çox uğurlu səhiyyə kadrıdır. O, orta məktəbi qızıl medalla, tibb universitetini isə qırmızı diploma ilə bitirmişdir. Lakin kollektiv arasında özünü o qədər sadə aparır ki, heç də baş həkim olduğu güman edilmir.

Onun davranışı yalnız şəfqət bacısı təsiri bəxş edir. Halbuki, Şəhla xanım sadə, səmimi olduğu qədər də tələbkeş, nizam-intizamı, eləcə də vətənini, xalqını qanı-canı qədər sevən, poliklinikanın gündəlik işlərini ölkə başçısının siyasi kursunun tələbləri səviyyəsində qurmağı bacaran və ölkədə davam edən siyasi xəttə rəvac verən rəhbər xanımdır. İndi isə posiyent olaraq poliklinikada olduğum qısa zaman kəsiyində yüksək səviyyədə qarşılandığıma, mənə göstərilən qayğı və diqqətə görə təşəkkür borcumu verirəm.

Şəhla xanım, izn verin, Sizə öz səmimi minnətdarlığımı bildirim, Azərbaycan səhiyyəsinin inkişafı və xalqımızın sağlamlığı naminə Sizə əbədi cansağlığı, dağlar ömrü, aramsız, uğurlar diləyim.

Qoy Ulu Yaradanımız Sizi hifz etsin, öz mübarək əlləri ilə ömür yollarınıza çıraq tutsun, dünyanı doyunca yaşayın!"

 

Səmimi hörmətlə,

Tofiq İsmayılov (pasiyent)