10 saat qar yığının altında qalan qadın xilas edildi - VİDEO

04:20 12-02-2021 420

Təxminən on saat qar yığınının altında qalan rusiyalı qadın xilas  edilib.

Bu barədə “Life Shot” “Telegram” kanalı xəbər yayıb.

Bildirilir ki, hadisə Novokuznetsk şəhərində baş verib. Evin damından qar yığını 33 yaşlı qadının başına uçub. O, qar uçqununun altından özbaşına çıxa bilməyib.

Ondan uzun müddət xəbər ala bilməyən anası isə həyəcan təbili çalıb və qadının axtarışına başlanılıb. Saatlar sonra xilasedicilər qurbanı ağır vəziyyətdə qarın altında tapıblar.

O, hipoksiya diaqnozu ilə təcili olaraq xəstəxanaya yerləşdirilib.

Qarın qadının yan tərəfinə düşməsi və kapüşonda olması onu xilas edib. Kapüşon qarın onun üzünü örtməsinə imkan verməyib və dağıntılar altında kiçik hava ehtiyatı saxlayıb.